İlham Əliyev Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul etmişdir
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul etmişdir.
Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture ölkəmizdə “BakuTel–2011” 17-сi Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının təşkilini yüksək qiymətləndirdi.
İnformasiya təhlükəsizliyinin dünyada aktual məsələlərdən biri olduğunu vurğulayan Hamadun Ture bu sahədə Azərbaycanda görülən işlərdən məmnunluğunu bildirdi.
Ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini qeyd edən qonaq Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatının Afrika ölkələrinin yardım kampaniyasına qoşulmasının önəmini qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev neft-qaz sahəsi ilə yanaşı, informasiya və kommunikasiya texnologiyaları sektorunun dövlətin önəm verdiyi prioritet sahələrdən biri olduğunu vurğuladı.
Prezident İlham Əliyev enerji sahəsində olduğu kimi, Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları ilə bağlı regional layihələrdə iştirakı istiqamətində fəaliyyətini daha da artıracağını qeyd etdi. Dövlət başçısı Beynəlxalq Telekommunikasiya Təşkilatının fəal üzvü kimi Azərbaycanın qurumun təklif etdiyi bütün layihələrdə uğurla iştirak edəcəyini dedi.
Görüşdə Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatı ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL