waplog

Avropa İttifaqı “Google”un məlumat toplama metodlarını araşdırır


Avropa İttifaqının antiinhisar orqanları ABŞ-ın “Google” korporasiyası tərəfindən tətbiq edilən məlumatın toplanılması metodları barəsində araşdırmaya başlayıb. İnternet şirkəti tərəfindən informasiyanın idarə edilməsi diqqətlə araşdırılacaq. Bu haqda Avropa Komissiyasının sənədinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, Avropa Komissiyasının rəqabət məsələləri üzrə komissarı Marqret Vestager son 2 ildə “Google” internet şirkətinə 8 milyard dollardan çox cərimə tətbiq edib.

 

Sentyabrın 4-də “Google” və “YouTube” tərəfindən valideynlərin razılığı olmadan uşaqlar haqqında fərdi informasiya toplanıldığına görə 170 milyon dollar məbləğində cərimə tətbiq edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL