waplog

Bu ölkədə sükan arxasında smartfondan istifadə edən sürücüləri aşkar edən xüsusi kameralar tətbiq edilib


Avstraliyanın ən sıx məskunlaşmış ştatı olan Yeni Cənubi Uelsin yollarında süni intellektlə təchiz edilmiş videomüşahidə kameraları quraşdırılıb. Kompüter alqoritmləri sükan arxasında smartfondan istifadə edən sürücüləri avtomatik aşkar edir və qanunu pozanlara qarşı cərimə tətbiq edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, texnologiya ilk dəfə real şəraitdə tətbiq edilir. Kompüter görmə sistemi mobil telefondan istifadənin tipik əlamətlərinin mövcudluğu üçün şəkilləri skan edir, bundan sonra həmin şəkillərə əlavə olaraq insan baxır ki, yanlışlıq olmasın. Yol hərəkəti qaydalarının pozulması həm stasionar, həm də daşına bilən kameralar tərəfindən qeydə alınır.

 

Dekabrın əvvəlində başlamış sınaq üç ay davam edəcək. İlk dəfə qanun pozuntusuna yol vermiş sürücü xəbərdarlıqla canını qurtaracaq. Belə hal yenidən təkrarlandıqda sürücü cərimələnəcək: 344-dən (adi zonalarda) məktəblərin yanındakı rayonlarda 457 Avstraliya dollarınadək. Həmçinin 5-10 cərimə balı cəza nəzərdə tutulub.

 

Rəsmi statistikaya görə, cari ildə Yeni Cənubi Uelsin yollarında 329 insan həlak olub, 2018-ci ildə bu göstərici 354 olub. Hakimiyyət 2021-ci ilədək yol-nəqliyyat hadisələrinin sayını 30% azaltmaq niyyətindədir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL