waplog

2024-cü ilədək biometrik qurğular bazarının həcmi 19 milyard dollara yaxınlaşacaq


“ABI Research” analitiklərinin proqnozuna görə, 2024-cü ilədək biometrik funksiyalı qurğuların satışından əldə olunan gəlir 19 milyard dollara yaxınlaşacaq. Mütəxəssislər hesab edirlər ki, bu bazarda ən sürətli inkişaf edən seqment geyimə bərkidilən kameralar (Body-Worn Cameras, BWC) və videomüşahidə kameraları olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, dövlətin ictimai təhlükəsizlik, hüquq-mühafizə və terrorizmlə mübarizə sahəsindəki təşəbbüsləri nəticəsində 2024-cü ilədək müşahidə kameralarının tədarük həcminin 135 milyon təşkil edəcəyi gözlənilir. Bundan başqa, 2024-cü ilədək geyimə bərkidilən kameraların tədarük həcmi 1,6 milyon səviyyəsində gözlənilir.

 

Analitiklərin fikrincə, biometrik kilidlər daha bir perspektiv kateqoriya hesab edilə bilər. Əvvəllər bu seqment sözügedən qurğuların işində aşkar edilmiş qeyri-dəqiqliyə görə xeyli problemlər yaşayıb, ancaq Asiya-Sakit okean regionunda belə qurğulara tələbatın artması istehsalçıları bu texnologiyanı təkmilləşdirməyə vadar edib. “ABI Research” tədqiqat şirkətinin proqnozuna görə, 2024-cü ildə biometrik funksiya ilə təchiz edilmiş 24 milyondan çox biometrik kilid bazara tədarük ediləcək.

 

Yaxın gələcəkdə dövlət və vətəndaş sektorları, hüquq-mühafizə orqanları və sərhəd xidmətləri biometrik tanıma sistemli qurğulara xərclənmiş vəsaitin həcminə görə lider olacaqlar. Bundan başqa, korporativ sektor, bank və maliyyə sahələri, istehlak bazarı və səhiyyə tərəfindən dəstək gözlənilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL