waplog

Kosmosda toqquşmaları izləməyə kömək edən yeni alət təqdim edilib


Texas Universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni alət kosmosda obyektlər bir-birindən təhlükəli məsafədə olduğu təqdirdə onları izləyir. Alimlər bildiriblər ki, orbitdə peyk və kosmik zibillərin sayının artması ilə xidmətin aktuallığı yüksəlib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki "Conjunction Streaming Service Demo" adlandırılmış alət real vaxt rejimində yerətrafı orbitdə bir-birinə olduqca yaxın məsafədə yerləşən 1500-dək obyekti göstərir. X oxu üzrə vaxt, Y oxu üzrə bir-birinə yaxın məsafədə yerləşən iki kosmik obyekt arasındakı məsafə (0-dan 5-km-dək) izlənilir.

 

Tədqiqatçılar göy cisimlərini çoxlu sayda qövsdən ibarət qrafikin köməyi ilə izləyirlər. Qövsün dartılması onu göstərir ki, iki obyekt bir-birindən təhlükəli məsafədə yerləşir.

 

Hər bir qövs, həmçinin obyektin tipini göstərən rəngə malikdir. Yaşıl qövslər aktiv peykləri, sarı peyk və göy cismini, qırmızı isə iki göy cismini göstərir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL