waplog

“SmartCell” proqram təminatının tətbiqinə dair əməkdaşlıq memorandumu imzalanıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi, bu dəfə də "Bakutel 2019" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz məhsullarını təqdim edir.

 

Sərgi çərçivəsində nümayiş olunan “SmartCell” həllinin tətbiqinə dair “Azercell” mobil operatoru ilə Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, elektron imzadan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlıq olunacaq.

 

Memorandumu Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev imzalayıb.

 

Məlumat üçün qeyd edək ki, “SmartCell” – üz tanıma və elektron imza texnologiyalarını birləşdirən yeni mobil həldir. Eyni zamanda üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir. Sistem müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.

 

“SmartCell” nömrə satış sistemi həm operatorlar, həm də müştərilər üçün aşağıdakı üstünlüklərə malikdir.

 

· Vaxta qənaət;

 

· Elektron müqavilə;

 

· Elektron imza ilə əməliyyatın aparılması;

 

· Satıcının və müştərinin şəkli (Face ID) və elektron imza ilə identifikasiyası;

 

· Yalnız səlahiyyətli şəxslər tərəfindən satışın təmini;

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən nömrə satışı zamanı elektron imza sertifikatının təqdim edilməsi prosesi çox sadədir.

 

Mobil tətbiqin köməyilə şəxsiyyət vəsiqəsi ilə üz tanınma prosesi həyata keçirilir.

 

Həmin şəxsi məlumatlar əsasında e-imza yaratma və yoxlama məlumatları yaranır. Şəxsə aid imza yaratma məlumatları müvafiq proqramın içərisində təhlükəsiz şəkildə saxlanılır. Bu məlumatlar əsasında şəxsə aid sertifikat sorğusu hazırlanır. Sertifikat Xidmətləri Mərkəzinin müvafiq infrastrukturuna sertifikatın alınması üçün sorğu göndərilir. Mərkəz tərəfindən verilən sertifikat proqram tərəfindən qəbul olunaraq sənədləri imzalamaq üçün tam istifadəyə hazır vəziyyətə gətirilir. Bütün bu proses qısa vaxt ərzində baş verir.

 

Onu da qeyd edək ki, üz tanıma və elektron imza texnologiyalarını birləşdirən “SmartCell” texnologiyası gələcəkdə bank və maliyyə sahələrində də tətbiq edilə biləcək. Bu texnologiyanın tətbiqi zamanı prosesin video çəkilişini də təmin etmək mümkündür.

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL