waplog

“Nokia Siemens Networks” 17000 insanı işdən azad edir


Avropanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia Siemens Networks” dünən faktiki olaraq öz personalının dörddə birini (17000) ixtisar etməsini elan edib. Şirkətdən bildiriblər ki, bu tədbir yenidən strukturlaşdırma və “Nokia Siemens”-in genişzolaqlı mobil rabitə xətləri üçün operator avadanlığı istehsalına keçidi üzrə planın bir hissəsidir.

Elan edilmiş plan çərçivəsində şirkət 2013-cü ilədək 17000 insanı işdən azad edəcək. Şirkətin hesablamalarına əsasən, bu tədbir 2 il sonra şirkətə təxminən 1 milyard avro qənaət etməyə imkan yaradacaq. Noyabr ayının 1-nə olan məlumatlara əsasən, “Nokia Siemens”-də 74 000 insan işləyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL