waplog

“Hyundai Motor” şirkəti elektromobillərin inkişafına 17 milyard dollar investisiya yatıracaq


Koreya Respublikasının satış həcminə görə ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” şirkəti 2025-ci ilədək istehsalın inkişafına 51 milyard dollar investisiya qoymaq niyyətindədir. Bu barədə şirkət rəhbərliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, sərmayənin təqribən 17 milyard dolları elektromobil və sürücüsüz avtomobillərin hazırlanması və istehsalına sərf ediləcək.

 

Genişmiqyaslı islahatların məqsədi texnologiyalara investisiyalar sayəsində gələcəkdə rəqabət qabiliyyətinin artırılması və yeni imkanların yaradılmasıdır. Həmçinin qeyd olunur ki, şirkət 2025-ci ilədək əməliyyat mənfəəti əmsalını 5 faizdən 8 faizədək artırmağı planlaşdırır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL