waplog

“Qualcomm” iki barmaq üçün ultrasəs 3D barmaq izi skaneri hazırlayıb


Bir il bundan əvvəl “Qualcomm” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk ultrasəs “3D Sonic Sensor” barmaq izi skaneri hətta çirkli ekrandan dəri toxumasını dəqiq tanıyırdı. İndi şirkət eyni anda iki barmaq izini skan edə bilən yeni versiyanı – “3D Sonic Max” nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, yaxın vaxtlaradək smartfon və başqa mobil qurğular barmaq izini aparatın arxa tərəfində quraşdırılmış xüsusi skanerlərdə olduğu kimi tez və dəqiq skan edə bilmirdi. “Apple” isə üz tanıma texnologiyasını seçib.
 
Buna baxmayaraq “Qualcomm” şirkəti ekran qatının alt hissəsinə yerləşdirilmiş skaner texnologiyasını inkişaf etdirməyə qərar verib.
 
Təhlükəsizliklə bağlı tənqidlərə cavab olaraq yüksək təhlükəsizlik sistemi ilə təchiz edilmiş “3D Sonic Max” sensoru təqdim edilib. İndi telefonda işə başlamaq üçün eyni anda iki barmağı ekrana qoymaq lazımdır. Skan etmə səthi əvvəlkindən 17 dəfə böyükdür – indi bu, "ən böyük barmaq izi sensorudur", şirkətin mətbuat xidmətindən məlumat verilib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL