waplog

“Apple” şirkəti “iPhone” istifadəçilərini daima izləyir?


“Apple” şirkəti istifadəçilərin olduğu yer haqqında məlumatları onlardan xəbərsiz toplayır. “iPhone” sahiblərinin daima izlənməsi haqqında kibertəhlükəsizlik üzrə mütəxəssis Brayan Krebs deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, o, sınaqlar zamanı öz smartfonunda peyklərdən məlumat tələb etmək imkanını deaktiv edib, bundan sonra aviarejimi aktivləşdirib. Mütəxəssis ekranın sağ küncündə aktiv GPS sistemini göstərən kompas işarəsi gördükdə təəccüblənib. Onun fikrincə, “Apple” şirkəti istifadəçinin GPS-dən istifadəsinə qoyulmuş qadağanı keçərək onun məxfilik hüququnu pozub.

 

“Apple”ın məxfilik siyasətində “iPhone”nun geoməkan xidmətləri ilə bağlı bənd var. Həmin bənddə deyilir ki, smartfon vaxtaşırı yaxınlıqda yerləşən “Wi-Fi” giriş nöqtələri və mobil rabitə qüllələri haqqında anonim və şifrlənmiş informasiyanı “Apple” şirkətinə göndərəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL