waplog

Çinin nəhəng radio teleskopu yerdən kənar həyatın axtarışlarına başlayıb


Çinin Quancjou əyalətində quraşdırılmış 500 metrlik "FAST" (Five hundred meter Aperture Spherical Telescope) teleskopu istismara verilib. Onun köməyi ilə neytron ulduzları, həmçinin yerdən kənar sivilizasiyalardan gələn potensial siqnalları öyrənmək mümkün olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Çində nəhəng radio teleskopunun sınaq mərhələsi başa çatıb və tədqiqatçılar artıq onu istismara verməyə hazırdırlar. O, Çinin cənubunda Quyçjou əyalətində yerləşir, hələ 2016-cı ilin sentyabrında 500 metr eni olan sferik teleskopdan istifadəyə başlanılıb.

 

Alimlər FAST radio teleskopundan müxtəlif məsələlərin həlli, həmçinin yerdən kənar intellektin axtarışı məqsədilə istifadə edəcəklər. Bundan əvvəl teleskopdan yalnız sınaq rejimində Günəşdən 100 işıq ilinədək məsafədə yerləşən və maqnit sahəsinə malik ekzoplanetlərin axtarışı üçün istifadə edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL