waplog

“Sharp” şirkəti dünyada 240 hers ekran yenilənmə tezliyinə malik ilk smartfon təqdim edib


“Sharp” şirkəti dünyada 240 hers ekran yenilənmə tezliyinə malik ilk smartfon təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Sharp AQUOS Zero2” aparatı 240 hers yenilənmə tezlikli 6,4 düymlük OLED ekranla təchiz edilib. Ekranın alt hissəsində barmaq izi optik skaneri quraşdırılıb. Smartfon “Qualcomm Snapdragon 855” prosessoru, 8 QB-lıq əməli yaddaş, həmçinin 256 QB-lıq UFS 3.0 daxili yaddaşına malikdir. Arxa paneldə 12 meqapiksellik iki kamera quraşdırılıb.

 

Akkumulyator batareyasının tutumu 3130 milliamper/saat təşkil edir.

 

Smartfonun qiyməti hələ ki bilinmir. “Sharp AQUOS Zero2” aparatı 2020-ci ilin birinci rübündə satışa çıxarılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL