waplog

“Huawei” öz əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb


"Huawei" şirkətinin nümayəndəsi "Android" sisteminin əvəzetməsi kimi hazırlanan "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk smartfonun 2020-ci ilin avqustunda təqdim ediləcəyini rəsmən elan edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "Huawei"nin proqram təminatının hazırlanması bölməsinin rəhbəri Van Çenqlu deyib ki, sözügedən əməliyyat sistemi həm yerli, həm də qlobal bazarlar üçün istehsal edilmiş smartfonlar üçün əlçatan olacaq. Lakin Çenqlu qeyd edib ki, şirkət hələ ki öz smartfonları üçün "Android" sisteminə üstünlük verir.

 

O, həmçinin deyib ki, "HarmonyOS" sistemi açıq koda malikdir və davamlı olaraq təkmilləşdirilir. Şirkətin nümayəndəsi bildirib ki, sözügedən əməliyyat sistemi yalnız smartfonlar üçün deyil, həm də Çin istehsalçısının "ağıllı" saat, kompüter və başqa cihazlarında tətbiq edilə bilər. "Counterpoint Research" tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə 2% bazar payına malik olacaq "HarmonyOS" sistemi populyarlığına görə beşinci əməliyyat sistemi olacaq.

 

Bildirək ki, "HarmonyOS" əməliyyat sistemi avqustun 9-da təqdim edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL