Kompyuter və planşet tədarükləri 15% artıb
“Canalys” analitik şirkətinin məlumatına əsasən, bu il 415 milyon kompyuter istehsal ediləcək ki, bu da 2010-cu illə müqayisədə 15% çoxdur. Qeyd edək ki, analitiklər bu göstəriciyə planşetləri (59 milyon) də daxil ediblər.
Analitik Tim Koulinqin sözlərinə əsasən, “Apple” sirkəti 2012-ci ilin ikinci yarısına qədər “iPad” modelləri sayəsində kompyuter bazarında öz payını 9%-dən 15%-ə qədər artıra biləcək.
Hələ ki Kaliforniya nəhəngi aparıcı fərdi kompyuter istehsalçısı “Hewlett-Packard” şirkətindən geri qalaraq siyahıda ikinci yeri tutur. Koulinq hesab edir ki, ən yaxın rüblər ərzində Tim Kukun korporasiyası lider olmalıdır.
“Canalys” şirkətinin proqnozlarına əsasən, 2012-ci ilin ilk yarımilliyində fərdi kompyuter bazarı çətinliklərlə qarşılaşacaq. Bunun da səbəbi sərt disk bazarında olan problemdir. Taylandda baş vermiş daşqınlar sərt disk bazarına xeyli ziyan vurub. Belə ki, sərt disk istehsal edən zavodların xeyli hissəsi orda yerləşir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL