waplog

Finlandiya avropalılara süni intellektin əsaslarını öyrədəcək


Finlandiya Avropa İttifaqı ölkələrinin bütün rəsmi dillərinə tərcümə ediləcək onlayn kurs vasitəsilə Avropa əhalisinin 1 faizinə süni intellekt sahəsində əsas bacarıqları öyrətmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, Avropa İttifaqı təşkilata üzv ölkələrin ərazilərində süni intellektin tətbiqinin geniş yayılmasına çağırır. Bu, Avropa şirkətlərinə Asiya ölkələrində və ABŞ-da rəqiblərlə mübarizəyə kömək edə bilər.

 

“Bizim investisiyalar üç məqsəd güdür: biz Aİ vətəndaşlarının gələcəkdə rəqəmli biliklərə yiyələnməsini, süni intellektin praktiki anlayışının yaxşılaşdırılmasını və Avropanın rəqəmli liderliyinin möhkəmləndirilməsini istəyirik”, – Finlandiyanın Məşğulluq naziri Timo Harakka bildirib.

 

Onun sözlərinə görə, Finlandiyanın Avropa İttifaqı Şurasında sədrlik müddəti başa çatanadək ölkə konkret təkliflə çıxış etmək niyyətindədir. “Rəqəmli savadlılığın inkişafı hazırda Avropa və Finlandiya qarşısında duran təxirəsalınmaz vəzifələrdəndir”, – nazir qeyd edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL