waplog

“Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək


"Samsung" şirkəti yeni "Galaxy S11" modellərində öz istehsalı olan "Exynos" prosessorlarından imtina edəcək. Bu haqda "The Elec" nəşri məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, məlumata görə, əksər qabaqcıl "Galaxy S11" smartfonlarına "Snapdragon 865" prosessorları quraşdırılacaq. Bu prosessorla təchiz edilmiş modellər Koreya və qlobal bazarda əlçatan olacaq. "Samsung"un şəxsi istehsalı olan "Exynos 990" prosessoru ilə təchiz edilmiş "Galaxy S11" smartfonları yalnız Avropada təqdim ediləcək.

 

İnsayderlərin məlumatına görə, Cənubi Koreya şirkəti "Qualcomm"un modeli ilə öz çipi arasındakı güclü məhsuldarlıq fərqinə görə belə qərar qəbul edib. Məsələn, "Snapdragon 865" prosessorunda süni intellektin hesablama sürəti saniyədə təxminən 15 trilyon əməliyyat təşkil edir, halbuki "Exynos 990" prosessorunda bu göstərici yalnız 10 trilyon əməliyyata bərabərdir. Həmçinin kənar çip 200 meqapiksellik təsvir ölçülü kameraları dəstəkləyir, halbuki Koreya şirkətinin öz prosessorunda bu göstərici yalnız 100 meqapiksel təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL