waplog

“Əşyaların interneti”ni əvəzləyəcək texnologiya məlum olub


“Ericsson” şirkəti istehlak texnologiyaları sahəsində əsas yeniliklərə həsr edilən illik tədqiqatın nəticələrini dərc edib. Bu dəfə əsas mövzu analitiklərin qənaətinə görə, “Əşyaların interneti”ni əvəzləyəcək “Hisslər interneti” olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Hisslər interneti” dedikdə rəqəmli qurğuların tətbiqi ilə göstərilən və bütün hissiyyat orqanlarını – görmə, eşitmə, dadbilmə, iybilmə və toxunuşu əhatə edən xidmətlər iqtisadiyyatı nəzərdə tutulur. “Hisslər interneti” süni intellekt, virtual reallıq (VR), əlavə reallıq (AR), “5G” və avtomatlaşdırma kimi mütərəqqi texnologiyalar əsasında yaradılan xidmətləri formalaşdırır.

 

Respondentlərin fikrincə, “Hisslər interneti” 2030-cu ildə bütün sahələrdə tətbiq ediləcək. Həmin müddətədək fiziki reallığın ayrılmaz elementlərinə çevriləcək bütün növ sensorlardan istifadə etməklə göstərilən xidmətlər elektron qurğularla ciddi rəqabət aparacaq.

 

“Hisslər interneti”nin inkişafına daha çox əlavə reallıq elementli yeni əyləncəli xidmətlər və internet üzərindən həyata keçirilən alış-verişlər, eləcə də qlobal istiləşmə təhlükəsi nəticəsində insanların fəaliyyətlərinin ekologiyaya təsirini minimuma endirmək üçün göstərdiyi səylər xidmət edəcək.

 

İstehlakçıların üçdə ikisinin fikrincə, texnologiyaların inkişafı onunla nəticələnəcək ki, virtual reallıq eynəklərində təyinat yeri haqqında fikirləşməklə xəritədə marşrutu göstərmək mümkün olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL