waplog

“Nokia C1” smartfonu təqdim edilib


“Nokia” brendinə sahib olan “HMD Global” şirkəti “Android 9 Go” əməliyyat sisteminin idarəetməsi altında işləyən ucuz “Nokia C1” smartfonunu təqdim edib. Yeni aparat inkişaf etməkdə olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “C1” aparatı 480x960 piksel təsvir ölçülü 5,45 düymlük IPS matrisli ekranla təchiz edilib. Bərkidilmiş şüşə paneli cızıqlardan qoruyur.
 
Aparata işıq diodu işıqlandırıcısına malik 5 meqapiksellik selfi kamera, həmçinin arxa panelə eyni datçik quraşdırılıb.
 
“C1” smartfonu 1,3 QHs takt tezlikli adsız 4 nüvəli prosessor və 1 QB əməli yaddaşla təchiz edilib. Daşıyıcının tutumu 16 QB-dır, amma tutumu 64 QB-dək olan “microSD” kartı qoşmaq olar. 2500 milliamper/saat tutumunda batareya “microUSB” portu vasitəsilə enerji toplayır. Həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik  audio konnektor  nəzərdə tutulub.
 
“Nokia C1” smartfonuna iki SİM kart qoşmaq olar. Yalnız “3G” şəbəkə və “Wi-Fi 4” (802.11n) dəstəklənir.
 
Keniyada “Nokia C1” smartfonunu 59 dollara almaq olar. Bundan sonra aparat Nigeriya və bəzi ölkələrdə satışa çıxarılacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL