waplog

Elektrik enerjisi ilə işləyən ilk hidrotəyyarə uçuş edib


Kanadanın Britaniya Kolumbiyası əyalətində tam elektrik enerjisi ilə işləyən dünyanın ilk kommersiya hidrotəyyarəsinin uçuşu həyata keçirilib. Bu barədə "Harbour Air Seaplanes" aviaşirkətinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vestifinance" resursuna istinadən yazır ki, uçuş iki şirkətin – Şimali Amerikanın hidrotəyyarələrin istehsalı üzrə nəhəng "Harbour Air" aviaşirkətinin və elektrik aviasiyası üçün texnologiyalar yaradan "magniX" şirkətinin birgə səyləri sayəsində mümkün olub.

 

Bildirilir ki, Riçmond şəhərində 750 at gücündə "magni500" mühərriki ilə sürətləndirən "de Havilland Canada DHC-2 Beaver" markalı altınəfərlik "ePlane" hidrotəyyarəsinin uğurlu uçuşu keçirilib. "Bu tarixi uçuş elektrik aviasiyasında üçüncü dövrün başlanğıcının əsasını qoyub", – məlumatda qeyd olunur.

 

"Bu gün biz tarixə daxil olduq", – "Harbour Air Seaplanes" şirkətinin baş direktoru və təsisçisi Qreq Makduqall bildirib.

 

Bu ilin əvvəlində şirkət "MagniX" ilə tərəfdaşlığa başlamaq və dünyada ilk tam elektrik hidrotəyyarələr parkını tikmək niyyətində olmasını bəyan edib. 2019-cu ilin iyununda Paris aviasalonunda nümayiş etdirilən "Magni500" təyyarələri təmiz və effektiv enerji üsulu ilə təmin edən yüksək güc əmsalına malik elektrik mühərrikidir.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL