waplog

“iPhone” smartfonu ilə idarə olunan robot yaradılıb


“Romotive” şirkəti ABŞ-ın 2 mühəndisi tərəfindən yaradılmış  “Android” və ya “iPhone” smartfonu vasitəsi ilə idarə olunan “Robo” adlı portativ tırtıllı robot təqdim edib. “Romotive” şirkətindən bildiriblər ki, robotun qiyməti 78 dollardır.

 

Smartfona xüsusi proqram təminatı qurulduqdan sonra o, robotun korpusunda xüsusi altlığa quraşdırılır. Bundan əlavə, robota, həmçinin uzaqdan ikinci smartfon qoşmaq olar. Həmin smartfon idarə pultu rolunda çıxış edir. Robot konstruktiv olaraq tırtıl vasitəsi ilə birləşdirilmiş 4 təkərdən, həmçinin akkumulyatordan ibarətdir. “Robo” robotunu idarə etmək üçün proqram təminatı artıq “Android Market” və “App Store”-dən yükləmək olar.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL