Dünyada günəş batareyası ilə işləyən ilk netbuk
“Samsung” şirkəti 10,1 düym SuperBright LED ekranı ilə təchiz edilmiş “NC215S” netbukunu təqdim edib. Yeniliyin əsas xüsusiyyəti qurğuya inteqrasiya edilmiş günəş batareyasıdır.
Dünyada ilk dəfə olaraq bu sistem netbuklara tətbiq edilir. 2 saat günəş vasitəsilə yüklənmə kompyuteri 1 saat enerji ilə təmin edəcək.
Ənənəvi akkumulyator isə netbuku 14,5 saata qədər işlək vəziyyətdə saxlamağa qadirdir.
Kompyuterin aparat əsası 1.66 takt tezlikli atom prosessorudur. Əməli yaddaşın tutumu 1 QB, sərt diskin tutumu isə 250 QB və ya 320 QB təşkil edir. Ekran 1024×600nöqtə kəskinliyinə malikdir. Netbukda 3 USB 2.0 portu və kardrider "4-ü 1-də" mövcuddur.
Netbukda “Samsung Fast Start” texnologiyası tətbiq edilib. Bu texnologiya sayəsində istifadəçi kompyuterin qidalanma düyməsini sıxdıqdan bir neçə saniyə sonra sistem işə başlayır.
Netbukun ölçüləri 259×179,5×23,6–35,8 mm təşkil edir, çəkisi isə 1,3 kq-dır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL