waplog

Cihazların ekranındakı göy işıq daha yaxşı yatmağa kömək edir


Mançester Universitetinin alimləri müəyyənləşdiriblər ki, qaranlıqda iş zamanı göy işıq saçan smartfon və planşetlər yuxunun keyfiyyətinə mənfi təsir göstərmir. Bu haqda Britaniyanın “Current Biology” elmi jurnalında dərc edilmiş araşdırmaya istinadən "BBC" yayım korporasiyası məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “nauka.tass.ru” saytına istinadən yazır ki, araşdırmaya əsasən, cihazların ayarlarında gecə rejimi seçimi kimi nəzərdə tutulmuş isti rəng tonları (xüsusilə sarı) ayıq qalmağa kömək edir, göy rəng isə əksinə sakitləşdirir. "Əsasən ağ və ya sarı olan gün işığı orqanizmə təsir edərək onu gümrah edir. Alaqaranlıq olduqda isə mavi və ya göy şüa spektrinə çatan işıq daha tutqun olur. Buna görə yuxu zamanı işığın orqanizmə təsirini azaltmaq istəyirsinizsə, imkan daxilində cihazlarınızda göy işığı quraşdırmanızı tövsiyə edirik" – tədqiqatın rəhbəri Tim Braun deyib.

 

Alimlərdən ibarət qrup siçanlar üzərində işığın tonunu sarıdan göyə, həmçinin parlaqlıq diapazonunu dəyişdirməklə sınaq keçiriblər. İstənilən rəngin parlaq işığı heyvanların aktivliyini stimullaşdırıb, ancaq məhz göy rəngin tutqun diapazonu siçanları daha yaxşı sakitləşdirib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL