waplog

"Ağıllı ev" cihazları üçün vahid standart hazırlanacaq


"Apple", "Amazon", "Google" və "Zigbee Alliance" ("IKEA", "Comcast", "Texas Instruments" və başqaları daxildir) üzvləri "ağıllı" ev qurğuları üçün universal bir standart hazırlanması haqqında razılığa gəliblər. Onlar tərəfindən yaradılması planlaşdırılan "Connected Home Over IP" işçi qrupunun yeni, açıq protokol hazırlayacağı güman edilir. Sözügedən protokol müxtəlif istehsalçıların texnikası arasında "ünsiyyət" yaradılması üçün istifadə ediləcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, vahid standart bazarda qayda yaratmaq üçün nəzərdə tutulub: istehlakçıların işi asanlaşacaq, belə ki, onlar uyğunluq barədə düşünmədən məhsulları satın ala, proqramçılar vaxta qənaət edə, istehsalçılar isə xərclərini azalda biləcəklər. "Zigbee Alliance" nümayəndələrinin sözlərinə görə, yeni standartdan istifadə hüququ üçün lisenziya ödənişi yığılmayacaq.

 

Açıq protokol əsasında işləyən məhsulların satışa çıxarılma müddəti hələ ki bilinmir. Qrup ilk hazırlamalarını gələn il təqdim etməyə hazırlaşır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL