waplog

Yeni avtonom təyyarə insanın köməyi olmadan yükləri çatdıra bilər


"Elroy Air" şirkəti 500 km-dək məsafəyə 135 kq-dan çox yükü özü çatdıra bilən avtonom təyyarə hazırlayıb. Şirkətin mühəndisləri təyyarənin yerüstü nəqliyyat vasitələrinin bir hissəsini əvəz edə biləcəyinə əmindirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, şirkət kommersiya, humanitar və hərbi sənaye sahələrində böyük müştəri kütləsinə xidmət göstərməyi planlaşdırır və sınaq uçuşundan sonra bir neçə sifariş alacağına əmindir. "Məqsədimiz infrastrukturdan asılı olmayan yeni nəqliyyat növü yaratmaqdır" – "Elroy Air" şirkətinin Strategiya və biznesin inkişafı departamentinin direktoru Kofi Asante deyib.

 

Şirkətin məlumatına görə, dünyada 1 milyarddan çox nəfər avtomobil yollarından kənarda yaşayır və müxtəlif ölkələrin hökumətləri, humanitar təşkilatlar və kommersiya təşkilatları ora tibbi ləvazimatlar, bağlamalar və tez xarab olan malların çatdırılması üçün yollar axtarırlar. Yeni təyyarə bu problemi həll edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL