waplog

Ultrabuklar “Full HD” formatlı ekranlar ilə təchiz ediləcək


Veb-mənbələrin məlumatına əsasən, “Acer” və “ASUS” şirkətləri növbəti nəsil ultrabuklarını “Full HD” formatlı ekranlar ilə təchiz etməyi planlaşdırırlar. Hal-hazırda 13,3 düym diaqonallı “ASUS UX31” modelinin ekranı ən böyük kəskinliyə - 1600×900 malikdir.

 

İkinci nəsil kompyuterlərində kəskinliyin 1920×1080 piksel olacağı gözlənilir. Belə panellərin istehsalı haqqında  “AU Optronics” və “Chimei İnnolux” ilə artıq danışıqlar  aparılır. Ultrabukların “Full HD” formatlı ekranlar ilə təchiz edilməsi 2012-ci ilə gözlənilir.

Bundan əlavə bildirilib ki, “İntel” korporasiyası ultrabuklara xüsusi dok-stansiya qoşmaq üçün “Thunderbolt” texnologiyasından istifadə etməyi təklif edir. Qeyd edək ki, “Thunderbolt” sistemi kompyuterə bir yüksək sürətli xətt vasitəsi ilə bir çox periferiya qurğusunun birləşdirilməsi imkanını nəzərdə tutur. Əlaqə kanalının ötürmə sürəti 10 Qbit/s-yə çatır. Bu isə “USB 3.0” interfeysindən 2 dəfə çoxdur.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL