waplog

“Hitachi GST” şirkətini almaq üçün “Western Digital” şirkəti öz biznesinin bir hissəsini satmalıdır


“Western Digital” şirkəti “Hitachi GST” sərt disk istehsalçısını satın almaq üçün öz biznesinin bir hissəsini satmalı olacaq. Qeyd edək ki, tərəflər mart ayının əvvəlində birləşmək haqqında razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, “Hitachi GST” şirkətinə 4,3 milyard dollar ödəniləcək: 3,5 milyard dollar nağd, qalıq hissə “Western Digital” şirkətinin səhmləri.

 

“Hitachi” şirkəti saziş nəticəsində “Western Digital” şirkətinin təxminən 10% səhminə, həmçinin bu şirkətin Direktorlar Şurasında 2 yerə sahib olacaq.

 

Lakin Avropa antiinhisar orqanları bu birləşmə ilə maraqlanıblar. Onlar hesab edirlər ki, bu birləşmə sərt disk istehsalına mənfi təsir edə bilər. Belə ki rəqabət edən şirkətlərin sayı azalır. Nəticədə saziş “Western Digital” şirkətinin öz biznesinin bir hissəsini satmağa əvəz olaraq təsdiqlənəcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL