waplog

“Microsoft” və “Ericsson” arasında avtomobil İT həllərinin hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb


“Microsoft” və “Ericsson” şirkətləri arasında avtomobil informasiya texnologiyaları həllərinin hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş İsveç telekommunikasiya avadanlığı istehsalçısının inkişaf etdirdiyi “Connected Vehicle Cloud” “bulud” servisinin “Microsoft Connected Vehicle Platform” (MCVP) həllinə inteqrasiyasını nəzərdə tutur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, nəqliyyat vasitələrinin idarəetmə sistemi olan “Ericsson Connected Vehicle Cloud” avtomobil istehsalçılarının gün ərzində xidmətlərin göstərilməsi və internetə qoşulmuş qurğuların istismar müddətində zəmanətli keyfiyyət səviyyəsi ilə idarə edilməsi zərurəti ilə bağlı problemlərinin həlli məqsədini daşıyır. Platformaya 180 ölkənin 4 milyondan çox avtomobili qoşulub ki, bu da dünya bazarının təxminən 10 faizinə bərabərdir.

 

“MCVP” platforması avtomobil istehsalçılarına təhlükəsiz, rahat və fərdiləşdirilmiş xidmətləri işə salmağa kömək edir. Həll əsasında istifadəçi servislərini, o cümlədən naviqasiya, telematik və proqnozlaşdırma xidmətlərini istifadəyə vermək mümkündür.

 

Tərəfdaşlıq sayəsində “Microsoft” və “Ericsson” bazara internetə qoşulmuş avtomobillər (Connected Car) üçün çoxməqsədli miqyaslanan platforma təklif etmək, eləcə də belə nəqliyyat vasitəsini istifadəyə vermək üçün yardımçı olmaq və sürücü və sərnişinlərin həyatını daha rahat etmək niyyətindədirlər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL