waplog

Son onilliyin ən uğursuz texnoloji həlləri məlum olub


“The Verge” nəşri son onilliyin ən uğursuz texnoloji həllərinin reytinqini tərtib edib. “Samsung Galaxy Note 7” smartfonu ən uğursuz həll adlandırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, jurnalistlər bildiriblər ki, 2016-cı ilin qabaqcıl cihazı alışma ilə bağlı xəbərlər yayılmazdan öncə bazarda ən yaxşı smartfonlardan biri adlandırılırdı. Sözügedən smartfonun təqdimatından bir ay sonra ən azı 35 alışma hadisəsi qeydə alınıb. Nəticədə “Samsung” şirkəti akkumulyatorda problem olduğunu etiraf edərək bütün “Galaxy Note 7” partiyasını geri çağırmalı olmuşdu.

 

İlk onluğa Cənubi Koreya şirkətinin aparatından başqa, “Windows Phone” platforması, “Google Glass” eynəyi, “Amazon Fire” telefonu, 3D ekranlı televizorlar, “Google Hangouts” ani mesajlaşma proqram təminatı və aktual “MacBook” noutbuklarının problemli klaviaturası daxil edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL