waplog

Həbəşistanın ilk peyki kosmosa göndərilib


Həbəşistan Çinin köməyi ilə "ETRSS-1" adlı ilk peykini kosmosa buraxıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "TASS." resursuna istinadən yazır ki, Həbəşistan Baş nazirinin müavini Demek Mekonnenin sözlərinə görə, bu layihə çiçəklənməyə doğru aparan tarixi səyahət üçün əsas olacaq.

 

Məlumata görə, məsafədən zondlama peykinin buraxılışı Çinin şimalında Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan "Changzheng-4B" raketdaşıyıcısı vasitəsilə həyata keçirilib. "ETRSS-1" peyki "Changzheng-4B" raketdaşıyıcısının göyərtəsində olan doqquz peykdən biridir. Peyk ilk növbədə infrastrukturun inkişafının, kənd təsərrüfatı və meşə resurslarının vəziyyətinin monitorinqi, eləcə də daha dəqiq hava proqnozlarının tərtibi üçün nəzərdə tutulub. Qiyməti 7 milyon dollar təşkil edən aparatın 6 milyon dolları Çin tərəfindən ödənilib.

 

Xatırladaq ki, 2013-cü ilin oktyabrında Həbəşistanda dəniz səviyyəsindən 3200 metr yüksəklikdə Entoto dağlarında yerləşən Şərqi Afrikanın ən böyük rəsədxanası istifadəyə verilib. Bu, ölkənin milli kosmik proqramının həyata keçirilməsi istiqamətində atılan ilk addım olub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL