waplog

Peyk vasitəsilə “Apple” qurğularına məlumat ötürən texnologiya yaradılacaq


"Apple" şirkəti mobil rabitə provayder və operatorlarından yan keçərək "Apple" qurğularına peyk məlumat ötürmə texnologiyasının yaradılması üzrə layihə üzərində çalışan məxfi mühəndislər qrupu formalaşdırıb. Bu barədə "Bloomberg" agentliyinin layihə ilə tanış mənbələrə istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, jurnalistlərin məlumatına görə, ilkin mərhələdə olan layihənin ləğv edilməsi gözlənilsə də, "Apple" rəhbəri Tim Kuk ideyaya maraq göstərərək layihəni prioritetli hesab edib. Nəticələri beş il ərzində təqdim ediləcək layihə çərçivəsində mühəndislər tərəfindən ABŞ istehsalçısına vasitəçi operatorlardan asılı olmadan proqram təminatı və digər informasiyanı birbaşa istifadəçi qurğularına yükləməyə imkan verəcək yeni nəsil telekommunikasiya peykləri və simsiz məlumat ötürmə texnologiyası hazırlanır. Bundan başqa, gələcək peyklər "Apple" qurğularının olduğu yerin daha dəqiq izlənilməsi üçün istifadə oluna bilər.

 

Bildirilir ki, hazırda şirkətin məlumatların mövcud peyklərdən alınaraq mobil qurğulara ötürülməsi üçün öz peyk qruplaşmasını formalaşdıracağı və ya yerüstü avadanlığın yaradılması ilə kifayətlənəcəyi məlum deyil. "Apple" nümayəndəsi şirkətin planlarını şərh etməkdən imtina edib.

 

Məlumata görə, layihə qrupuna aerokosmik mühəndislər Maykl Trela və Con Fenvik rəhbərlik edirlər. Bundan əvvəl onlar peyk çəkilişləri ilə məşğul olan "Skybox Imaging" şirkətinin rəhbərliyində yer alıblar. 2014-cü ildə bu şirkət "Google"a satıldıqdan sonra M.Trela və C.Fenvik peyk istiqamətinə başçılıq ediblər, 2017-ci ildə isə "Apple"da fəaliyyətlərini davam etdiriblər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL