waplog

“Twitter” epileptiklərə görə animasiyalı şəkillərdən imtina edəcək


“Twitter” rəhbərliyi “PNG” (APNG, Animated Portable Network Graphics) formatlı animasiyalı şəkillərdən imtina etməklə bağlı qərar qəbul edib. Bu haqda sosial şəbəkənin rəsmi hesabında məlumat verilib.

 

"Animasiyalı PNG şəkillər əyləncəli idilər, amma onlar avtomatik işə salma tənzimləmələrinə uyğun deyillər, buna görə biz onların tvitlərə əlavə edilməsi imkanını ləğv etdik" – şəbəkənin səhifəsində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, bu qərar bütün istifadəçilərin, xüsusilə epilepsiyadan əziyyət çəkənlərin, hərəkət və yanıb-sönən şəkillərə həssas insanların təhlükəsizliyi üçün nəzərdə tutulub.

 

Xidmətdən bildirilib ki, onun əməkdaşları tərəfindən aşkar edilmiş səhv bir tvitə bir neçə animasiyalı şəkil əlavə etməyə imkan verib.

 

Mövcud PNG faylları silinməyəcək və “Twitter” əməkdaşları analoji funksiya hazırlamağa çalışacaqlar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL