waplog

Hətta kvant kompüterlər tərəfindən müdaxilə edilə bilməyən kriptoqrafiya üsulu hazırlanıb


Beynəlxalq alimlər komandası tərəfindən hazırlanmış mikroçip istifadəçidən istifadəçiyə informasiyanı birdəfəlik rabitə kanalı vasitəsilə göndərməyə imkan verir. Bu texnologiya hətta kvant kompüterləri tərəfindən müdaxilədən də qoruya bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, yeni müdaxilə olunmayan təhlükəsizlik sistemi Səudiyyə Ərəbistanında Kral Abdullah adına Elmi-Texniki Universitet və Şotlandiyada Sent-Endryus Universitetinin mütəxəssisləri tərəfindən işlənib hazırlanıb. Onlar informasiyanı adi münasib kanallar üzrə son dərəcə təhlükəsiz göndərməyə imkan verən optik çip hazırlayıblar.

 

Müasir kriptoqrafiya metodları sürətli məlumat mübadiləsinə imkan verir, lakin müasir kompüter və ya kvant alqoritmləri tərəfindən müdaxiləyə məruz qala bilərlər. “Nature Communications” jurnalında dərc edilmiş məqalənin əsas müəllifi professor Andrea di Falko və onun həmkarları iddia edirlər ki, onların kriptoqrafiya üsuluna müdaxilə etmək qeyri-mümkündür. Bu halda yeni üsul ənənəvi şifrlənmiş kommunikasiyalarla müqayisədə internetdə daha az yer tutur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL