waplog

Ən aşağı yerətrafı orbitə peyk çıxarılıb


Yaponiya ən aşağı yerətrafı orbitə peyk çıxardığı üçün Ginnessin Rekordlar Kitabına düşüb. Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin ("JAXA") məlumatına görə, Yer kürəsinin uzaq məsafədən zondla tədqiqi üçün "SLATS" aparatı planetin səthindən 167 km hündürlüyə uğurla çıxarılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Yer kürəsinin uzaq məsafədən zondla tədqiqi peykləri planetimiz barəsində əlavə informasiya əldə etmək üçün bir mənbədir. Belə aparatların əsas çatışmazlığı ondan ibarətdir ki, onlar əsasən 2 min km hündürlükdə olan orbitdə fəaliyyət göstərirlər. Bu isə onlara planetin səthinin yalnız böyük sektorlarını müşahidə etməyə imkan verir.

 

Bunun nəticəsi kimi belə aparatlar kiçik obyekt və hadisələrin təhlili üçün kifayət qədər yüksək təsvir ölçüsündə olan şəkillər çəkə bilmirlər.

 

"JAXA"nın mühəndisləri "TSUBAME" missiyası çərçivəsində bu problemi həll ediblər: onlar "SLATS" peykini hündürlüyü 167,2 km təşkil edən ən aşağı yerətrafı orbitə çıxarmağa nail olublar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL