waplog

“Samsung” süni intellekt üçün çip təqdim edib


"Baidu" və "Samsung Electronics" şirkəti yarımkeçiricilər bazarında əməkdaşlığa başlayıblar. Şirkətlər süni intellekt, bulud və periferiya hesablamaları ilə bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş "Baidu Kunlun" çipi hazırlayıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, Çip "Baidu" şirkətində hazırlanmış neyron prosessorlar üçün arxitekturadan, həmçinin 14 nm-lik texnoloji proses və "Samsung"un "I-Cube" həllindən istifadə edir.

 

Yenilik 512 Qbit/s yaddaş ötürmə qabiliyyətinə və 260 TOPS məhsuldarlığa malikdir.

 

"Samsung"un fabriklərində hazırlanacaq çipin kütləvi istehsalı 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL