waplog

Üçüncü nəsil “iPad” planşeti üçün ekran istehsalına başlanılıb


“DisplaySearch” şirkətinin analitiki Riçard Şim  “CNET News”-a müsahibəsində üçüncü nəsil “iPad” planşet kompyuteri üçün ekranların tədarük edilməsinin başlanması haqqında informasiyanı təsdiq edib.

 

“Apple” şirkətinin sifarişi əsasında 9,7 düymlü ekranları “Samsung”, “LG Display” və “Sharp” şirkətləri hazırlayacaqlar. 3 istehsalçının seçilməsi lazımi təchizat həcmlərini təmin edəcək və mümkün ola biləcək riskləri azaltmağa imkan yaradacaq.

 

Məlumatlara əsasən, yeni "Aypad" ekranının kəskinliyi 2048×1536 piksel,  parlaqlıq isə 550 kd/m² təşkil edəcək . Müqayisə üçün: “iPad 2” planşetində ekranın kəskinliyi 1024×768 nöqtə olub. Qurğunun kütləvi istehsalı 2012-ci ilin birinci rübündə başlanacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL