waplog

İlin ən pis mobil qurğuları açıqlanıb


İstehlak elektronikası sahəsində ixtisaslaşan “Engadget” nəşri 2019-cu ilin ən uğursuz mobil qurğu və texnologiyalarının siyahısını dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, siyahıda özünü doğrultmayan qurğu kimi birinci yeri “Samsung Galaxy Fold” smartfonu tutub. İlk qurğu sahiblərinin sözlərinə görə, konstruksiyada qüsurların mövcudluğu səbəbindən ekran yararsız hala düşüb. Jurnalistlərin fikrincə, “Microsoft Surface Pro X” noutbuku fərdi kompüterlərin əvəzlənməsi üçün nəzərdə tutulsa da, özündə “Windows” sistemli kompüterlər üçün tipik problemləri birləşdirib.

 

“Huawei Mate 30 Pro” ABŞ tərəfindən tətbiq edilən sanksiyalarla əlaqədar “Google” sertifikatlaşması ilə bağlı problemlərə görə reytinqdə yer alıb. Nəşr qeyd edir ki, bu, populyarlıq qazana bilməyəcək yaxşı qabaqcıl smartfondur.

 

Bundan başqa, ilin bir sıra məyusedici texnologiyaları açıqlanıb. İrəliləyişin olmaması səbəbindən bu sıraya “Google WearOS” daşınan qurğuları üçün əməliyyat sistemi, oyun həvəskarları üçün “Google Stadia” servisi (çoxsaylı səhvlərə görə) aid edilib.

 

Beşinci nəsil mobil rabitə standartı isə çox zəif şəkildə yayılması ilə bağlı tənqidə məruz qalıb. Jurnalistlərin qənaətinə görə, bazarda “5G” şəbəkəsini dəstəkləyən smartfonlar mövcud olsa da, hazırda onun üstünlüyündən adi istehlakçılar yararlana bilmirlər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL