waplog

Virtual oyun üçün oğlunu öldürüb


Nyu-Yorkun 21 yaşlı sakini Kim Krouford 5 yaşlı oğlunun qətlində ittiham edilir.
Qadının sözlərinə görə, o, oğlanı “Nintendo Wii” oynayanda televizoru sındırdığına görə döyüb. Kim Krouford çox hirsləndiyini və oğlunu bir neçə dəfə güclü vurduğunu bildirib.
Uşaq 5 gün qusma və qarnında ağrıdan şikayət edib, amma polisə əvvəllər də bir neçə dəfə düşmüş ana onu xəstəxanaya aparmağa qorxub. Ciddi daxili zədələr nəticəsində isə oğlan ölüb. Qadının vəkili Kim Kroufordun qətldə ittiham olunmamağını təkid edir. Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmənin qadının öz uşağını öldürməyə çalışması ilə bağlı sübutu yoxdur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL