waplog

“iOS” yenilənməsi “iPhone” smartfonlarını sıradan çıxarıb


“iPhone” istifadəçiləri “iOS” əməliyyat sisteminin yenilənməsini quraşdırdıqdan sonra smartfonlarda mobil rabitənin fəaliyyətinin dayanması problemi ilə üzləşiblər. Əksər hallarda problemi yalnız qurğunun bütün quraşdırmalarını ləğv etməklə yoluna qoymaq mümkün olub. Bu barədə “Twitter”də İT mütəxəssisi Devid Ekker məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta.” resursuna istinadən yazır ki, “Apple” smartfon istifadəçiləri qurğuların stabil işinin yaxşılaşdırılması məqsədi daşıyan “iOS 13.3” yenilənməsini tənqid ediblər. İstifadəçilərin sözlərinə görə, proqram yenilənməsi qurğuları sıradan çıxarıb. “iPhone” istifadəçilərinin sosial şəbəkələrdə reaksiyalarına görə, yenilənmədən sonra smartfondan zəng etmək və ya SMS göndərmək qeyri-mümkün olur, internetə isə yalnız “Wi-Fi” vasitəsilə qoşulur.

 

D.Ekker bildirib ki, yenilənmə istifadəsində olan smartfonun quraşdırmalarını silib. Bununla bağlı “Apple” şirkətinin texniki dəstəyinə sualla müraciət edən mütəxəssis “iPhone” quraşdırmalarını silərək onu tam yeniləmək cavabı alıb. Nəticədə quraşdırmalar tam silindikdən sonra mobil rabitənin işi bərpa olunub. Mütəxəssis deyib ki, bu variant rahat deyil, çünki qurğuda saxlanılan bütün informasiya yoxa çıxır.

 

Bununla belə, bir sıra “Apple” istifadəçiləri quraşdırmaları tam sildikdən sonra mobil rabitənin fəaliyyətini bərpa edə bilməyib. Onların sözlərinə görə, səhvi aradan qaldıracaq “iOS” yenilənməsini gözləmək lazımdır.

 

“Apple” smartfonlarına payızda quraşdırılmağa başlanan “iOS 13” əməliyyat sistemi ilk dəfə 2019-cu ilin iyununda nümayiş olunub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL