waplog

Analitiklər: “Nokia” şirkəti smartfonların maya dəyərini azalda bilər


“Nokia” şirkətinin “Windows Phone” əməliyyat sistemi əsasında yalnız bahalı “Lumia” smartfonunu təqdim etməsinə baxmayaraq şirkət artıq bildirib ki, bu sistem əsasında yeni modellər hazırlayır və onların qiyməti ucuz olacaq. Bundan əlavə, “Nokia” şirkətindən bildiriblər ki, maya dəyərinin azalması ilə bağlı digər layihələr də planlaşdırılır.

 

“Barclays Capital” şirkətinin analitiklərinin “Nokia” şirkətinə təqdim etdikləri reseptlərində “Nokia” şirkətinin “Windows Phone” aparat istehsalının maya dəyərini necə azalda biləcəyi göstərilib. “Barclays” şirkətinin hesablamalarına əsasən, yeni “Lumia 800” komponentlərinin qiyməti 238 dollar təşkil edir, halbuki “Lumia 710” smartfonunun qiyməti 167 dollardır.

 

Belə hesablamalar 13 əsas komponentin maya dəyərinin araşdırılması əsasında əldə edilib. Hər iki smartfon üçün ən bahalı komponent sensor ekrandır. Qeyd edək ki, pərakəndə satışda “Nokia Lumia 800” smartfonu 420 avro, “Lumia 710” isə 270 avro qiymətinədir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL