waplog

İnsan sifətini imitasiya edən material hazırlanıb


Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən yaradılmış material formasını dəyişdirə və insan sifətini imitasiya edə bilər. Bu texnoloji həll gələcəkdə süni əzələlərin sürətli hazırlanmasında istifadə edilə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı Vim Van Ris nazik düz vərəqin mürəkkəb formalara (məsələn, insan sifətinə) çevrilməsi metodunu hazırlayıb. Alim deyib ki, adətən səth dartıla, sıxıla və ya parçalana bilmir və bu, tədqiqatçılar düz səthlərin formasını dəyişdirmək istədikdə problem yaradır.

 

"Gələcəkdə bu hazırlamadan süni əzələlərin yaradılmasında istifadə etmək olar, çünki material istənilən formanı ala bilər" – tədqiqatçılar deyiblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL