waplog

“BakuTel-2011” sərgisində nümayiş etdirilən görmə qüsurlu insanlar üçün mini kompüter ziyarətçilərin marağına səbəb olub


“BakuTel-2011” 17–ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın NeyroTex şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə hazırlanmış səslə idarə edilən mini kompyuter nümayiş etdirib.

 

Qurğunun üstün cəhətləri klaviatura və mausdan istifadə etmədən mikrofon vasitəsilə idarə olunması, əmrlərin Azərbaycan dilində qəbul edilməsidir. Mini kompyuterdən kor və görmə məhdudiyyəti olan insanlarla yanaşı, fiziki cəhətdən sağlam insanlar da istifadə edə bilərlər.

 

Sistem xəbər saytlarından son xəbərlərlə tanış olmağa, elektron kitabxanada axtarışlar aparmağa, elektron poçtla işləməyə, telefonla zəng etməyə və digər imkanlara malikdir. Həmçinin qurğu vasitəsilə Azərbaycan dilindən ingilis və rus dillərinə nitqin nitqə tərcüməsi həyata keçirilir. Mini kompüteri monitor, klaviatura və digər xarici qurğular qoşmaqla adi kompüter kimi də istifadə etmək olar.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL