waplog

Elastik ekranlı “Lenovo” noutbukunun seriyalı versiyası təqdim edilib (VİDEO)


Ötən ilin mayında elastik ekrana malik dünyanın ilk noutbukunun prototipini nümayiş etdirən Çinin "Lenovo" şirkəti hazırda Las-Veqasda keçirilən "CES" istehlak elektronikası sərgisində qurğunun seriyalı versiyasını təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "ThinkPad X1 Fold" adlı qurğu prototipdən fərqlənmir. Noutbuk "LG" şirkəti tərəfindən "Lenovo" ilə əməkdaşlıq çərçivəsində hazırlanan 13,3 düym diaqonallı və 2048*1536 piksel təsvir ölçülü "OLED" ekranla təchiz edilən qatlanan planşet şəklindədir. Qurğuya simsiz klaviatura qoşmaqla ondan həm planşet və fərdi kompüter, həm də azca əyməklə kiçik noutbuk kimi istifadə mümkündür. Bu halda elastik ekranın bir hissəsini virtual klaviaturaya çevirmək olar. Bununla yanaşı, ekranın aşağı çərçivəsində "Windows Hello" sistemi ilə uyğunluq təşkil edən kamera quraşdırılıb.

 

"X1 Fold" elastik ekranla iş üçün təkmilləşdirilən "Windows 10 Pro" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Gələcəkdə şirkət tərəfindən "Windows 10X" sistemli qurğunun buraxılacağı gözlənilir – əməliyyat sisteminin bu versiyası məxsusi olaraq ikiekranlı və ya elastik displeyli qurğular üçün nəzərdə tutulub.

 

Noutbukda hansı prosessorun quraşdırılması barədə məlumat verilməsə də, bunun hibrid texnologiyadan istifadə edən yeni "Intel" platforması olduğu bildirilir.

 

"Lenovo" şirkəti elastik ekranlı dünyanın ilk noutbukunun satışlarına bu ilin ortalarında başlamağı planlaşdırır. "ThinkPad X1 Fold" noutbukunun qiyməti 2499 dollar təşkil edəcək.

 

Nizam Nuriyev

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL