waplog

Britaniyada uşaqların 79 faizinin mobil telefonu var


Böyük Britaniya sakinlərinin dörddə üçü hesab edir ki, 12 yaşa qədər uşaqlara mobil telefon lazım deyil. Bununla belə ölkədə 7-11 yaşlı 79% uşaq şəxsi mobil aparata malikdirlər. “Recombu.Com” saytı tərəfindən 2000 insan arasında aparılmış sorğu həmçinin göstərib ki, valideynlərin öz uşaqlarının mobil telefona malik olmasını istəməsinin ən əsas səbəbləri xidmətə görə böyük haqq, internetdən nəzarətsiz istifadə və valideyn nəzarətinin olmamasıdır.

 

Lakin, hər 10-cu respondent təsdiqləyib ki, öz uşağına mobil telefonu yaxşı davranışına və ya təhsildəki uğurlarına görə mükafat kimi alıb. 2010-cu ildə Britaniyada 10 yaşa qədər 63% uşaq şəxsi mobil telefona, 77% şəxsi noutbuka, 62% oyun konsoluna, 46% isə rəqəmsal audiopleyerə malik olub. 40% valideyn uşaqlara televizoru şəxsi otaqlarında yerləşdirməyə icazə veriblər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL