waplog

Smartfonların ekranı üçün antimikrob örtüyü hazırlanıb


Mobil qurğular üçün qoruyucu çexolların istehsalı üzrə ixtisaslaşmış ABŞ-ın “Otterbox” şirkəti smartfonlar üçün “Amplify Glass” adlı antibakterial örtük hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, tədqiqatların nəticələri onu göstərir ki, istənilən cihaz və xüsusilə mobil smartfonlar mikrob və bakteriyalar “yuvasıdır”. “Otterbox” şirkəti “Corning” şirkəti ilə birgə ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyində qeydə alınmış antimikrob texnologiyasını (“Amplify Glass”) hazırlayıblar.

 

Şirkətin baş direktoru Cim Parki izah edib ki, "Amplify Glass bağırsaq çöpü və stafilokk daxil olmaqla bir neçə geniş yayılmış bakteriya ştammının çoxalmasının qarşısını alan patentlənmiş antimikrob texnologiyasından istifadə edir. Örtük qoruyucunun səthini müdafiə edir və bakteriyaların çoxalmasına imkan vermir".

 

Bundan başqa, “Amplify Glass” şüşəsi standart natrium-kalsium şüşələri ilə müqayisədə cızıqlara qarşı 5 dəfə daha davamlıdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL