waplog

Alimlər toxunuşlara reaksiya verən süni dəri hazırlayıblar


Alimlər hidrogeldən toxunuşlara, istiliyə və başqa manipulyasiyalara reaksiya verən süni dəri hazırlayıblar. Material daşınan elektronika, yumşaq robot və başqa qurğuların hazırlanmasında tətbiq edilə bilər. Toronto Universitetinin alimlərinin hazırlaması “Materials Horizons” jurnalında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, alimlər tərəfindən hazırlanmış süni dərinin istehsalı ucuzdur, tamamilə biouyğundur və asanlıqla dartılır. Sonuncu xüsusiyyət onu əsl dəriyə bərkitməyə imkan verəcək.

 

Bundan əvvəl Münhen Texniki Universitetinin mühəndisləri toxunuşlara reaksiya verən sintetik dəri hazırlamışdılar. Onlar həmin materialın köməyi ilə bütün “bədəni” süni dəri ilə örtülmüş ilk humanoid robot hazırlayıblar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL