2020-ci ildə dron və robot texnikası üzrə qlobal xərclər 128,7 milyard dollar təşkil edəcək
“IDC”nin yenilənmiş proqnozuna əsasən, 2020-ci ildə robot-texnika sistemləri və pilotsuz uçan aparatlar (dron) üzrə qlobal xərclər 17%-dən çox artaraq 128,7 milyard dollara yaxınlaşacaq. Gələcəkdə sözügedən bazarın həcmi orta hesabla 19,8% artmağa davam edəcək və 2023-cü ilədək 241 milyard dolları ötəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, robot texnikası yuxarıda göstərilmiş müddət ərzində ən böyük seqment olacaq. Proqnoza görə, 2020-ci ildə robot, proqram təminatı və xidmətlərin satın alınmasına 112,4 milyard dollar xərclənəcək. Pilotsuz təyyarələr kateqoriyasında xərclərin 16,3 milyard dollar məbləğində proqnozlaşdırılmasına baxmayaraq, artım tempi 2 dəfə yüksələcək.
Hər iki istiqamətdə xərclərin əsas mənbəyi avadanlığın satın alınması olacaq. Robot texnikası seqmentində aparat xərclərinin payı 60%-i ötəcək, dronlar üzrə bu göstərici 90%-dən çox təşkil edəcək.
Çin dron və avtomatlaşdırılmış sistemlər üzrə ən böyük regional bazara çevriləcək. Gözləntilərə görə, 2020-ci ildə Çin hər iki istiqamətə 47 milyard dollar yatırım edəcək. Bundan başqa, Asiya-Sakit okean regionunun ölkələri (Yaponiya istisnadır), ABŞ və Qərbi Avropa ölkələri böyük töhfə verəcəklər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL