waplog

“Windows Server 2008” və “Windows Server 2008 R2” sistemlərinin dəstəklənməsi dayandırılacaq


"Microsoft" korporasiyası bülleten dərc edərək korporativ sifarişçiləri "Windows Server 2008" və "Windows Server 2008 R2" server əməliyyat sistemlərinin dəstəklənməsinin dayandırılacağı barədə məlumatlandırıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, 14 yanvar 2020-ci il tarixindən etibarən qeyd edilən əməliyyat sistemləri üçün təhlükəsizlik proqram və yenilənmələrinin buraxılışı dayandırılacaq. Bu isə öz növbəsində korporativ İT infrastrukturlarının mühafizə və etibarlılığı ilə əlaqədar riskləri artıra bilər. Serverlərin stabil və fasiləsiz fəaliyyətinin təmini üçün şirkət sifarişçilərə əməliyyat sistemlərini aktual versiyayadək yeniləməyi tövsiyə edir.

 

Öz İT infrastrukturunda "Windows Server 2008" və "Windows Server 2008 R2" sistemlərindən istifadəni davam etdirən təşkilatlar üçün məxsusi olaraq "Microsoft" üç il ərzində "Extended Security Updates" (ESU) proqramı çərçivəsində ödənişli yenilənmələr təqdim edəcək. Alternativ qismində şirkət müştərilərə köhnəlmiş sistemləri "ESU" servisinin əlavə ödənişsiz təqdim ediləcəyi "Azure" saxlancına köçürməyi təklif edir.

 

Yeni server əməliyyat sistemlərinə köçürülmə ilə bağlı daha ətraflı məlumatı "microsoft.com/cloud-platform/windows-server-2008" saytından əldə etmək mümkündür.

 

Xatırladaq ki, "Microsoft" korporasiyası "Windows Server 2008" və "Windows Server 2008 R2" ilə eyni vaxtda bazarda müxtəlif redaksiya və modifikasiyalarda təmsil olunan "Hyper-V Server 2008", "Hyper-V Server 2008 R2" və "Windows Storage Server 2008" əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL