waplog

Məhsulların müəyyənləşdirilməsi funksiyasına malik “ağıllı” soyuducu təqdim edilib


İnternetə çıxışa malik “ağıllı” soyuducular məişət texnikası bazarında artıq adiləşib, lakin “Bosch” şirkəti faydalı məişət cihazının “Wi-Fi” modulu ilə təchizatı ilə kifayətlənməyib. “Home Connect Fridge” adlı yeni soyuducu real vaxt rejimində məhsulların monitorinqi funksiyasına malikdir: tərkibini təhlil edən qurğu öz sahibinə mövcud olan inqrediyentləri nəzərə alaraq reseptlər təklif edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, soyuducunun funksionalının əsasını “Chefling” proqramının alqoritmləri təşkil edir. Sözügedən proqram əvvəllər yalnız smartfonların köməyi ilə məhsulların ştrix-kodlarını skan etməyə imkan verir və hazır reseptlər təklif edirdi, amma indi bu funksionallıq əllə daxil etmə olmadan əlçatandır.
 
Model ikirəqəmli kamera ilə təchiz edilib, onlardan biri soyuducunun əsas sahəsinə, ikincisi isə qapıdakı rəflərə nəzarət edir. Şirkətlər müxtəlif məhsul növlərini müəyyənləşdirməyə imkan verən proqram təminatını birgə hazırlayıblar.
 
Soyuducu artıq Avropada satışa çıxarılıb, qlobal tədarük tarixi və regional qiymətlər sonra elan ediləcək.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL