waplog

“CityAirbus” hava taksisi ilk sərbəst uçuş həyata keçirib


“CityAirbus” uçan aparatı ilk sərbəst uçuş həyata keçirib. Sınaq Paris ətrafında yerləşən il-de-Frans şəhərində baş tutub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “CityAirbus” hava taksisi saatda 120 km-dək sürətlə 30 km-dək məsafəyə hərəkət edir. Uçan taksinin çəkisi 2,2 tondan çoxdur, “CityAirbus” üç sərnişin oturacağı və bir sürücü oturacağı ilə təchiz edilib, ancaq uçan aparatda, həmçinin sürücüsüz idarəetmə funksiyası da reallaşdırılacaq. “CityAirbus” hava taksisinin qiyməti 1 milyon avrodan başlayacaq.

 

İlk öncə uçan aparatın 2025-ci ilədək dünyanın böyük şəhərlərində əlçatan olacağı planlaşdırılırdı. Ancaq ötən ilin yayında “Airbus” şirkətinin nümayəndəsi elan etdi ki, 2024-cü ildə Fransada keçiriləcək Olimpiya oyunları üçün Şarl-de-Qoll hava limanından Parisin mərkəzinədək uçan taksi istifadəyə vermək planlaşdırılır.

 

İndi uçan taksi sərbəst rejimdə ilk uçuşunu həyata keçirib. Sınaq zamanı sükan arxasında pilot əyləşib. “Le Parisien” qəzetinin məlumatına görə, hazırda uçan taksi texniki cəhətdən sərnişinlərlə birgə uçuşlara demək olar tamamilə hazırdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL