waplog

Çin “5G” şəbəkələri üçün rabitə peykini orbitə çıxarıb


Çin “5G” şəbəkələri üçün rabitə peykini orbitə çıxarıb. Bu haqda Çin Mərkəzi Televiziyası məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, aparat bərk yanacaqla işləyən “Kuaizhou-1A” raketdaşıyıcısının köməyi ilə aşağı yerətrafı orbitə çıxarılıb. Peyk ölkənin şimal qərbində yerləşən Szyusyuan kosmodromundan buraxılıb.

 

Sözügedən peyk ölkə ərazisində “5G” standartlı peyk internetinin paylanması şəbəkəsini qurmaq niyyətində olan “GalaxySpace” rabitə şirkətinin maraqları naminə orbitə çıxarılıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL